Hüseyn Dəryanın xatirəsinə mahnı ithaf olundu – AUDİO

 

"Bu mahnı, Dəryanın işıq üzü görməyən son studiya yazılarından biri olub”.

Bu gün gənc müğənni Sənan Əliyev mərhum reper Hüseyn Dəryanın xatirəsinə ithaf olunan mahnısını təqdim edib.

Dunyatv.az Oxu.Aza istinadla xəbər verir ki, reperin ölümündən üç ay əvvəl müğənni Sənanla birgə oxuduğu "Dostum” adlı mahnı bu gün Youtube kanalına yerləşdirilib.

Sənan Əliyev bildirib ki:

"Bu mahnı, mərhum reper Hüseyn Dəryanın işıq üzü görməyən son studiya yazılarından biri olub. 6 ay əvvəl hazırlanmağa başlayan bu layihə, 3 ay əvvəl oxunub. Mahnı Hüseyn Dəryanın əziz xatirəsinə həsr olunur. Layihədə iştirak edən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, mahnının sözləri və musiqisi Hüseyn Dəryaya, aranjemanı Üzeyir Abdul Cabbara məxsusdur. Layihənin rəhbərləri Aytən Əliyeva və Ruslan Səfəroğludur.

Xatırladırıq ki, martın 15-i yol qəzası nəticəsində dünyasını dəyişən reper Hüseyn Dəryanın ölümündən bu gün 40 gün keçir.


 


 

  • Müəllif: Ali
  • Tarix 24-04-2014, 19:12
  • Bölmə: ---
  • Baxılıb: 830
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Arxiv
Sayğac