Möcüzə? Evdən qaçdı, göydə dondu, sonra... - FOTO

 

ABŞ-ın sərnişin aviasiyasıda son illərin unikal olaylarından biri yaşanıb.

16 yaşlı yeniyetmə "Hawaiian Airlines" aviaşirkətinin Boeing 767 təyyarəsinin şassisindən yapışaraq 2600 kilometrlik məsafəni qət edib.
O, soyuqdan donsa da, ölməyib və sanki möcüzə nəticəsində sağ qalıb.

Dunyatv.az saytı türkiyə mətbuatına istinadən xəbər verirki, yeniyetmə Havay arxipelaqındakı Maui adasında yerləşən Kahului beynəlxalq hava limanında aşkarlanıb.

Polisdən verilən məlumata görə, ABŞ-ın Kaliforniya ştatındakı Santa-Klara şəhərinin beynəlxalq hava limanında gizlicə olaraq təyyarəyə yaxınlaşan və şassiyə dırmaşan 16 yaşlı yeniyetmə təkərin dayağından yapışıb.

Təyyarə səmaya qalxanda isə o, şassi yerində olub.
Həmin təyyarə 11580 metr yüksəkliyə qalxanda isə havanın temperaturu -62 dərəcə olub.

Bu soyuqda yeniyetmə huşunu itirərək yıxılıb və şassi bölməsində tərpənməz qalıb. 5 saatlıq uçuş belə davam edib.
2600 kilometrlik uçuş başa çatandan sonra isə o, Kahuli hava limanında ayılıb və şassi bölməsindən yerə atılaraq qaçıb.

"Onun sağ qalması möcüzədir. Çünki -62 dərəcə soyuqda sağ qalmaq praktiki olaraq mümkün deyildi. Yeniyetməni xilas edən məqam onun huşunu itirməsi və soyuğu hiss etməməsi olub. Belə hadisənin yaşandığına hələ də inana bilmirik", - Kahului hava limanının əməkdaşları deyiblər.
Ekspertlər isə olaya şübhə ilə yanaşaraq təfsilatlı araşdırılmaya ehtiyac duyulduğunu deyiblər.

Ən azı ona görə ki, 11580 metr yüksəklikdə kəskin oksigen qıtlığı var.

Aviasiya eksperti Con Nensi ABC News-a verdiyi açıqlamasında deyib: "Sərnişin aviasiyasında və ümumiyyətlə, tibbdə ilk dəfədir belə hadisə yaşandığı iddia olunur. Sözün açığı, bunu uydurma hesab edirəm. İnanmıram".

Digər tanınmış ekspert Piter Forman da hesab edir ki, 11580 metr yüksəklikdə insan oskigen maskası olmadan ən yaxşı halda 1-2 dəqiqə normal qalır, sonra huşunu itirərək ölür.
  • Müəllif: Ali
  • Tarix 25-04-2014, 20:26
  • Bölmə: ---
  • Baxılıb: 617
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Arxiv
Sayğac