İran qırıcıları İŞİD-i bombaladı

 

İran İraq ordusuna İŞİD-lə mübarizə aparmaq üçün 3 ədəd Rusiya istehsalı olan Su-25 bombardmançı təyyarə göndərib. 

Dunyatv.az-ın məlumatına görə, bu barədə New York Times qəzeti ABŞ və İraq hökumətindəki mənbələrinə istinadən xəbər verir.

İraq ordusunun artıq bu təyyarələrlə ölkənin şimal-şərqindəki Ramadi, Fəllucə, Bayci şəhərlərində olan İŞİD-in mövqelərini bombardman etdiyi bilirilir. Bombardman zamanı təyyarəlrdən birinin pilotunun iranlı olduğu bildirilir. Bombardmançı təyyarələr Bağdadda "Rəşid” aviabazasına yerləşdirilib. 

Qəzetin yazdığına görə, ABŞ-ın İraqa satdığı F-16 qırıcıları bu ilin payızında rəsmi Bağdada təhvil veriləcək. Amma dəqiq vaxt açıqlanmır.

Qeyd edək ki, İran "Əbabil” adlı pilotsuz təyyarəsini kəşfiyyat üçün İraqa göndərmişdi.


  • Müəllif: Ali
  • Tarix 11-07-2014, 11:08
  • Bölmə: ---
  • Baxılıb: 425
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac