BU GUN INFORMASIYA PROQRAMI QUSARda Qebul 28/07/2015

Vətəndaşlar əsasən minik avtomobilləri və mənzil, bərpa-müalicə xidməti, reabilitasiya vasitələri, iş yeri ilə təmin olunma, zərərə görə ödəncin verilməsi, əmək hüquqlarının təminatı və s. məsələlərlə əlaqədar müraciət ediblər. Müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. Müraciətlərdə əksini tapan məsələlərin bir qismi yerindəcə həll edilib, ayrı-ayrı şəxslərə münasib iş yerlərinə göndərişlər verilib. S.Müslümov həmçinin bir sıra imtiyazlı vətəndaşların reabilitasiya vasitələri və bərpa-müalicə xidməti ilə təmin olunmasını tapşırıb. Nazir bir sıra vətəndaşların müraciətlərinə uyğun olaraq onların minik avtomobilinə tibbi göstərişin olub-olmamasının müəyyənləşdirilməsi üçün müvafiq müayinəyə cəlb olunmasını tapşırıb. Qəbul zamanı ünvanlı dövlət sosial yardımı və əlillik təyinatı ilə bağlı müraciətlər azlıq təşkil edib. Həmin müraciətlərin diqqətlə araşdırılaraq cavablandırılması, habelə əlillik təyin olunması üçün müraciət edən şəxslərin tibbi-sosial ekspertiza müayinələrinə cəlb olunaraq müvafiq qərarlar qəbil edilməsi tapşırılıb. S.Müslümov bildirib ki, son illərdə tibbi-sosial ekspertiza xidmətində şəffaflığın təminatına nəzarətin gücləndirilməsi nəticəsində əlillik və reabilitasiya məsələləri ilə bağlı nazirliyə müraciətlər getdikcə azalır: "Təkcə cari ilin ilk yarımilində bu azalma 18,9% təşkil edib və həmin müraciətlərin də 50%-i sorğu xarakteri daşıyıb. Əlillik və reabilitasiya məsələləri ilə bağlı daxil olan müraciətlərin isə yalnız 20,9%-i əlillik təyinatı ilə əlaqədar olub”. Ayrı-ayrı vətəndaşların müraciətlərində müharibə əlilləri və şəhid ailələri üçün respublikanın bölgələrində yeni fərdi evlərin inşasına, həmçinin əlilliyi olan şəxslərin bərpa-müalicəsi sahəsində görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıq ifadə edilib. Qəbul zamanı nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər müvafiq qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.
  • Müəllif: peris
  • Tarix 29-07-2015, 09:36
  • Bölmə: ---
  • Baxılıb: 768
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac