dunyatv.az
CANLI YAYIN

Şəmkirdə avtomobil dirəyə çırpılıb, xəsarət alan var 21 04 2016

21-04-2016, 08:30

Şəmkirdə avtomobil dirəyə çırpılıb, xəsarət alan var 21 04 2016

 

Şəmkir rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Dünyatv.az APA-a istinadən bildiri ki, hadisə rayonun Düyərli kəndində qeydə alınıb. Zəyəm Cırdaxan kənd sakini, 1984-cü il təvəllüdlü Məftun Vəkil oğlu Allahverdiyev idarə etdiyi "VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən avtomobil idarəetmədən çıxaraq yolun kənarında olan dirəyə çırpılıb. Qəza zamanı M. Allahverdiyev ağır bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Oxunub: 639

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.