dunyatv.az
CANLI YAYIN

Azərbaycanda peyvənd həftəsinə başlanıb 25 04 2016

25-04-2016, 07:04

Azərbaycanda peyvənd həftəsinə başlanıb 25 04 2016

 

Azərbaycanda peyvənd həftəsinə başlanıb.

 

Dünyatv.az APA-a istinadən bildirir ki, bu gün başlayan peyvənd həftəsi aprelin 30-dək davam edəcək. Səhiyyə naziri Oqtay Şirəliyev"Respublikada İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalayıb. Əmrdə respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi”nin keçirilməsi, respublikanın tibb idarə və müəssisələrinin rəhbərlərinə hər hansı səbəblərə görə immunlaşdırmadan kənarda qalan uşaqların "İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb olunmasının təminatı tapşırılır. Eyni zamanda, "İmmunlaşdırma həftəsi”nin nəticələri haqqında məlumatların mayın 20-dək Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə təqdim edilməsi, "İmmunlaşdırma həftəsi”nin yekun nəticələri haqqında məlumatların mayın 27-dək Səhiyyə Nazirliyinə təqdim edilməsi tapşırıqları verilir.

 

Qeyd edək ki, ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən başlayaraq, Avropa regionunda "İmmunlaşdırma həftəsi” keçirilir və  Səhiyyə Nazirliyi Azərbaycan 2007-ci ildən bu tədbirə qoşulur.


Oxunub: 1 093

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.