Yumurta və salfetka ilə, dəriniz gəncləşər, təravətlənər və tərtəmiz olar 27 04 2016

Yumurta və salfetka ilə, dəriniz gəncləşər, təravətlənər və tərtəmiz olar 27 04 2016

 

DünyaTv.az Qadın.az saytına istinadən qara nöqtələri təmizləmək üçün resepti təqdim edir: 

Yumurta və salfetkanın köməyi ilə qara nöqtələrdən azad olmaq mümkündür.

Yumurtanın sarısı və ağını bir-birindən ayırıb iki fərqli kasalara əlavə edin.

Daha sonra ağını çırpın və alnınıza, burnunuza və çənənizə sürtün. Yumurta sürtdüyünüz bölgələrin üzərinə incə salfetka ilə bağlayın və qurumasını gözləyin və ya fen vasitəsilə üzünüzdəki maskanı qurudun.

Salfetkalar quruduqdan sonra yavaşca üzünüzdən soyaraq çıxarın. Salfetkanın üzərində tükə bənzər şeylər görəcəksiniz, bunlar közənəklərinizi bağlayan kir və yağlardır.

Maskanın ikinci mərhələsi isə yumurta sarısıdır. Yumurta sarısını çırpın və üzünüzün hər tərəfinə sürtün. Göz və dodaq çevrənizə sürtməyin.

Yumurta sarısı üz dərinizdə şəffaf və parlaq maska kimi olacaq. Maska quruyana qədər gözləyin və daha sonra bol su ilə yuyun.

Yumurta sarısının tərkibindəki faydalı yağlar dərinizi nəmləndirəcək və qidalandıracaq.
  • Müəllif: lennon
  • Tarix 27-04-2016, 12:27
  • Bölmə: Ana səhifə / Dunyatv / Sevgi / Şəkillər / Qadın Dünyası / Maraqlı
  • Baxılıb: 531
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac