Cəbhədə 3 erməni əsgəri vuruldu 27 04 2016

Cəbhədə 3 erməni əsgəri vuruldu 27 04 2016

 

Bu gecə ermənilərin atəşkəsi pozması nəticəsində ordumuzun qarşı tərəfin hərbi mövqelərinə endirdiyi zərbələr nəticəsində Ermənistan ordusunun daha üç hərbçisi yaralanıb.

Dünyatv.az Milli.Az-a istinadən bildirir ki, bu barədə jurnalistlərə Ermənistan Müdafiə Nazirliyinin hərbi tibb idarəsinin rəisi Kamator Xaçatryan məlumat verib.

Yarılardan birinin vəziyyəti ağırdır. 

"Ermənilər cəbhədə qadağan olunmuş sursatlardan istifadəyə başladılar"

Ötən gecə də ermənilərin atəşkəs rejimini pozması nəticəsində Ermənistan ordusunun iki hərbçisi ölüb. Bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi cavab zərbələri nəticəsində qarşı tərəfin hərbçiləri - 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyan ölüblər. 

Azərbaycan Müdafiə Nazirliyi də bu gecə cəbhədə baş verənlərlə bağlı məlumat yayıb. Nazirlikdən bildiriblər ki, aprelin 26-sı axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30, 152 millimetrlik D-20 haubitsalarından və BM-21 yaylım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq ermənilərin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfin mövqeləri və səngərlərinə 121 dəfə atəş zərbəsi endirib.

Qeyrd edək ki, Bu gecə Ermənistan ordusunun bir hərbçisi də məhv edilib. Ölən 1996-cı il təvəllüdlü Ayk Minasyandır. 

  • Müəllif: Elnur
  • Tarix 27-04-2016, 13:03
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Şəkillər
  • Baxılıb: 558
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac