dunyatv.az
CANLI YAYIN

WhatsApp-dan daha bir YENİLİK 02 05 2016

2-05-2016, 09:47

 

Tezliklə populyar WhatsApp messencerinin "Windows" və "Mac OS X" əməliyyat sistemi bazasında fəaliyyət göstərən cihazlarda olacağı gözlənilir. 

Dünyatv.az Milli.Az-a istinadən bildirir ki, bu barədə messencerin yeni versiyalarının beta-sınaqlarında iştirak edən tərtibatçı məlumat verib. 
 
Əlavənin tərtibatçısının müəllifi olan "WABetaInfo" nikli şəxsin sözlərinə görə, WhatsApp messencerinin "Windows" və "Mac OS X" üçün versiyaları hələlik sınaqdan keçirilir. Burada söhbət əlavənin tam funksiyalı versiyasından gedir ki, bu messencerin köməyi ilə şəkil və video materiallar göndərmək, həmçinin əlavənin malik olduğu digər interfeys və funksiyaların imkanlarından istifadə etmək mümkün olacaq. 
 
"WhatsApp"ın "Mac OS X" və "Windows" üçün çıxacağı versiyanın dəqiq vaxtı hələlik məlum deyil. Ancaq məlumdur ki, bu əlavə yaxın zamanlarda istifadəyə veriləcək.


Oxunub: 577

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.