Arıqlamaq istəyən xanımlara BİKİNİ PƏHRİZİ 03 05 2016

Arıqlamaq istəyən xanımlara BİKİNİ PƏHRİZİ 03 05 2016

 

Tətil günlərinin başlamasına sayılı günlər qalıb. Güzgü qarşısına keçdikdə özünüzü bikinidə təsəvvür edə bilirsinizmi? Yəqin ki, artıq çəkilər sizə qorxulu yuxu kimi gəlir. Elə isə bu dəqiqədən etibarən pəhrizə başlayın. Adını isə "bikini pəhrizi" qoyun ki, ciddi əməl edəsiniz.

Dünyatv.az Milli.Az-a istinadən çimərlik mövsümünə hazırlıq üçün türkiyəli dietoloq Seçil Kenarın pəhriz proqramını təqdim edir. Bu pəhriz ilə həm qısa müddətə artıq çəkidən azad olarsınız, həm də sağlamlığınızın qayğısına qalarsınız.
 
Budur sizə "bikini pəhrizi":
 
- Gündə 3 əsas yemək və 3 ara yeməyi yeyin.
 
-Yeməklər bol-bol qaynadılmış və ya buxarda bişirilmiş olacaq, tərəvəz isə mütləqdir.
 
- Gündə mütləq 2 litr su için.
 
- Gündə 1 mineral su, 2 fincan yaşıl çay için.
 
- Pəhrizdə meyvə porsiyasını artırın, yağlı-şəkərli qidaları çıxarın.
 
- Tox tutması baxımından lifli qidaları artırın.
 
- Gün ərzində atışdırmalar etməyin.
 
- Hazır meyvə suyu içməyin.
 
 
Sağlam pəhriz proqram:
 
 * Səhərlər 1 kasa qatıq, 6 ədəd çiyələk, 2 ədəd qoz, 1 dilim ananas.
 * Ara yeməyində 3 ədəd təzə ərik
 * Naharda 1 kasa tərəvəz şorbası, 1 kasa qatıq
 * Ara yeməyində 1 dilim qarpız + 1 dilim pendir, 2-3 ədəd kəpəkli biskvit
 * Axşam 1 qab qaynadılmış və ya buxarda bişirilmiş tərəvəz, 1 kasa qatıq
 * Gecə 1 ədəd alma, 6 ədəd çiy badam

  • Müəllif: lennon
  • Tarix 3-05-2016, 12:30
  • Bölmə: Ana səhifə / Dunyatv / Şəkillər / Qadın Dünyası / Maraqlı
  • Baxılıb: 584
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac