dunyatv.az
CANLI YAYIN

Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq 04 05 2016

4-05-2016, 05:45

 

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.

Dünyatv.az Milli.Az-a istinadən xəbər verir ki, qarşılaşmalardan biri paytaxtda, digəri əyalətdə baş tutacaq.

Günün ilk matçı Qəbələdə baş tutacaq. Yerli komanda ilə "Neftçi" ilk finalçını müəyyən edəcəklər. Ardıcıl 2 oyunda qarşılaşmış rəqiblər kubokun ilk oyununda 1:1, çempionat matçında isə 2:2 hesablı bərabərliyə razılaşmışdılar. Son 8 gündə 3-cü dəfə qarşılaşacaq rəqiblərdən biri adını finala yazdıracaq.
 
"Qəbələ" - "Neftçi" rəqabətinin 3-cü hissəsi hər iki komanda üçün olduqca vacib əhəmiyyətə malikdir. Roman Qriqorçuk və komandasının əsas hədəfi ilk titula bir az da yaxınlaşmaqdırsa, qonaqlar Avrokuboklara "kəsə yolla" getmək üçün kubokda irəliləməlidirlər. Vəli Qasımovun yetirmələri Premyer Liqadakı uğursuzluğu burada unutdurmaq və həm də ardıcıl 5-ci dəfə final oynamaq üçün bütün gücü ilə mübarizə aparacaqlar.
 
Günün digər matçında isə ilk oyunu 4:0 hesabı ilə qazanıb cavab qarşılaşmasını formallığa çevirən "Qarabağ" "İnter"i sınağa çəkəcək. Bu görüşdən möcüzə gözlənimir. Matçın yeganə maraqlı tərəfi isə onun Masazırda baş tutması olacaq.
 
"Qarabağ"ın stadionu 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə ev sahibliyi edən arenalardan olduğundan Qurban Qurbanovun yetirmələri yeni məkanda meydana çıxacaqlar. Belə ki, bu səviyyədə oyunlar həyəcanı ilk dəfə Masazırda yaşanacaq.
 
Artıq çempionluğu bayram edən ağdamlılar ardıcıl ikinci dəfə "Qızıl dubl"a imza atmaq iddiasında olduqlarını cavab matçında da göstərməlidirlər. Artıq finalda olduğu şübhə doğurmayan "Qarabağ" kubokdakı 5 oyunluq qələbə seriyasını uzatmaq niyyətindədir. Yarımfinalı keçmək ümidi qalmayan "İnter" isə yalnız imici üçün "vuruşacaq". Bunun üçün Zaur Svanadzenin yetirmələri minimal hesabla da olsa qalib gəlib, mövsümdə ilk dəfə çempionu məğlub etməlidir.
 
Azərbaycan Kuboku
1/2 final, ilk oyun
4 may (çərşənbə)
 
16:00. "Qəbələ" - "Neftçi"
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
İlk oyun - 1:1
 
19:00. "Qarabağ" - "İnter"
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Rövşən Rəcəbov
Masazır qəsəbə stadionu
İlk oyun - 4:0


Oxunub: 839

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.