Azərbaycan ordusunun əsgəri şəhid olub 04 05 2016

 

Azərbaycan ordusunun əsgəri şəhid olub. Dünyatv.az APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə xəbər verir ki, mayın 3-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlu şəhid olub.

 

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

 

Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

  • Müəllif: Elnur
  • Tarix 4-05-2016, 06:20
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər
  • Baxılıb: 408
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac