Bakı-Sumqayıt elektrik qatarını daşa basan məktəblilər saxlanılıb, onlardan biri qızdır 04 05 2016

Bakı-Sumqayıt elektrik qatarını daşa basan məktəblilər saxlanılıb, onlardan biri qızdır 04 05 2016

 

Bəzi şəxslər Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ikimərtəbəli elektrik qatarlarının təhlükəsiz hərəkətinə mane olurlar.

 

Dünyatv.az APA-ya istinadən bildirir ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, mayın 3-də saat 18.15 radələrində Sumqayıtdan Bakıya hərəkət edən elektrik qatarı Keşlə-Bakı mənzilində iki nəfər tərəfindən daşlanarkən DİN Nəqliyyatda Baş Polis İdarəsinin Bakı yük stansiyasındakı xətt polis məntəqəsinin rəisi, polis leytenantı Nadir Məmmədov və polis nəfəri Bəhruz Ağayev tərəfindən saxlanılıb.

 

Araşdırma zamanı məlum olubki, saxlanılanlar Nərimanov rayonu 7 saylı liseyin şagirdləri - 1999-cu il təvəllüdlü Elnur Fazil oğlu Baxşıyev və 1998-ci il təvəllüdlü Lalə Şair qızı Ağayevadır. Saxlananların valideynləri də Nəqliyyatda Baş Polis İdarəsinə dəvət olunub, azyaşlılar dindirilərkən hadisəni törətdiklərini etiraf ediblər.

 

Polis əməkdaşları saxlanılanlarla maarifləndirici və profilaktiki söhbətlər aparıb, xəbərdarlıq edib və sərbəst buraxıblar.

 

Xoşbəxtlikdən sərnişinlərə və elektrik qatarına ziyan dəyməyib.

 

"Azərbaycan Dəmir Yolları”  QSC bir daha Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yaxın ərazidə yaşayan vətəndaşların nəzərinə çatdırmaq  istəyir ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlar barəsində lazımi tədbirlər görüləcək.

  • Müəllif: Elnur
  • Tarix 4-05-2016, 06:37
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər
  • Baxılıb: 426
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac