Şəhid əsgərimiz dəfn edildi 04 05 2016

Şəhid əsgərimiz dəfn edildi 04 05 2016

 

Mayın 3-də cəbhənin Tərtər istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olan əsgər, 19 yaşlı Yüzbəyov Əmrah Aydın oğlu son mənzilə yola salınıb. Şəhid doğulduğu Xaçmazın Hacıməmmədoba kənd qəbristanlığında torpağa tapşırılıb.

Dünyatv.az Milli.Az-a istinadən xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Hərbi qarovul düzülərək havaya yaylım atəşi açılıb.

Dəfn mərasimindən sonra Azərbaycanın üçrəngli bayrağı şəhidin əmisinə təqdim edilib. Şəhid Ə.Yüzbəyov ötən ilin aprel ayında həqiqi hərbi xidmətə yollanıb.


  • Müəllif: Elnur
  • Tarix 4-05-2016, 13:50
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər
  • Baxılıb: 548
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac