dunyatv.az
CANLI YAYIN

Zaqatalada və İmişlidə yanğın olub 09 05 2016

9-05-2016, 07:13

Zaqatalada və İmişlidə yanğın olub 09 05 2016

 

Zaqatalada və İmişlidə yanğın hadisəsi qeydə alınıb.

 

Dünyatv.az APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə məlumat verir ki, Zaqatala şəhərində  vətəndaşa məxsus həyətyanı sahədə, ümumi sahəsi 16 kv.m olan hamamın dam örtüyünün yanar konstruksiyaları 8 kv.m sahədə yanıb. Hamamın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 03:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

İmişli rayonu, Bəcirəvan kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə və həyətyanı sahəyə yığılmış 3 ton ot tayasının 1 tonu yanıb. Evin və ot tayasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Oxunub: 839

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.