dunyatv.az
CANLI YAYIN

Şamaxıda yol qəzasında bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb 10 05 2016

10-05-2016, 07:15

Şamaxıda yol qəzasında bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb 10 05 2016

 

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir nəfərin ölümü, iki nəfərin ağır xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.

 

Dünyatv.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Bakı-Şamaxı-Yevlax yolunun 110-cu kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb. "VAZ 2107” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb. Hadisə zamanı Sumqayıt sakini, 1982-ci il təvəllüdlü Əsgərov Ramin Qasım oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, Şamaxı sakinləri - 1986-cı il təvəllüdlü Əmralıyev Hidayət Barat oğlu və 1992-ci il təvəllüdlü Əmralıyev Tural Əvəz oğlu ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.  


Oxunub: 946

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.