dunyatv.az
CANLI YAYIN

Gözaltı torbalar və ləkələrə qarşı maska 10 05 2016

10-05-2016, 07:54


Gözaltı torbalar və ləkələrə qarşı maska

Göz ətrafındakı şişliklər böyrək xəstəliklərinin xəbərçisi ola bilər. Bu səbəbdən ilk əvvəl  həkimə müraciət edilməlidir. Hər hansı bir sağlamlıq probleminiz yoxdursa, evdə tətbiq edə biləcəyiniz almalı maska ilə göz altındakı qara ləkələrin və torbaların qarşısını ala bilərsiniz.

Göz ətrafına qulluq maskası:

  • 1 kartof
  • 1 alma
  • 1 x/qaşığı qəhvə

Hazırlanması və tətbiqi:

Almanı və kartofu sürtgəcdən keçirin. Daha sonra qarışıma bir x/qaşığı qəhvə əlavə edib qarışdırın.

Əldə etdiyiniz maskası bir tənzifə bükərək 15 dəqiqə gözlərinizin üzərində saxlayın. Daha sonra üzünüzü ilıq su ilə durulayın və göz ətrafı kreminizi  çəkin. Bu prosesi həftədə 3 dəfə tətbiq edin.



Oxunub: 834

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.