dunyatv.az
CANLI YAYIN

Ürəyi möhkəmləndirmək üçün ƏN DADLI RESEPT 12 05 2016

12-05-2016, 07:57

 

Sizə ürək xəstəlikləri və bu xəstəliklərin profilaktikası zamanı istifadə olunan çox tanınmış və faydalı xalq təbabəti reseptini təqdim edirik.

Dünyatv.az Milli.Az-a istinadən bildirir ki, bu vasitə ürəyi və damarları möhkəmləndirir, orqanizmi vacib vitamin və minerallarla təmin edir.

Hərəsi 200 qr olmaqla ərik qurusu, qara qavalı, qoz, limon (qabıqlı), yemişan, qara kişmiş götürülür, blenderdə əzilir, 1/2 kq duru bal əlavə olunur, yaxşı qarışdırılır. Qarışığı 7 gün ərzində soyuducuda saxlayın, vaxtaşırı olaraq qarışdırın. Qarışığı hər gün 1 xörək qaşığı olmaqla səhər tezdən acqarına qəbul edin və 1 stəkan təmiz su için. Bu qarışıq həmçinin immun sistemini möhkəmləndirir, mədə-bağırsaq sisteminə müsbət təsir edir, insana əlavə enerji verir.


Oxunub: 962

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.