SUMQAYITIN GÜNƏŞİ 17 05 2016

SUMQAYITIN GÜNƏŞİ 17 05 2016

 

SUMQAYITIN GÜNƏŞİ

 

Bir jurnalist kimi qələmimə bələd olanlar bilirlər ki, yazılıarımda həmişə lokanikliyə, konkretliyə yol verirəm. Uzun-uzadı, şablon fikirlərdən uzağam. Rəhmətlik ağsaqqalımız, mənəvi xeyriyəçimiz olmuş Zəbi Abdullayev 1998-ci il mart ayında mənim dəsti-xəttimə qiymət verərək yazmışdır: "Qədim dünyada yaşamış yunan alimləri, sonra isə rahib və hüquqçuları, habelə şair, ədib və digər sənətkarları deyirlərmiş ki, bir ucu yazan qələmin digər ucu gərək pozmağa yararlı olsun. Elə buna görə də onlar qələmin yazmayan ucuna pozan maddə yapışdırar, sonra onu işlədərmişlər. Yunan yazarları bu vasitə ilə hazırladıqları mətn üzərində dönə-dönə düşüncəli əməliyyat aparar, onu məna tutumunu saxlamaq şərti ilə mümkün olan qısalıq həddinə çatdırarlarmış. Dözüm, hövsələ, vaxt və gərgin fəaliyyət tələb edən belə əzablı işi yunan sənət adamları dürüstlük, nüfuz ucalığı hesab edirlərmiş. İlhamə Məhəmmədqızı sanki ədəbi-bədii şurumuzu bütün standartlardan, yad təsir altında yaranmaq sövqündən təmizləmək istəyini elan edir. "Onun təbiətin hüsnü gülsün gərək sözümdə” və ya "söz bulağım təmizliyi, qaynarlığı çox sevir” deməsi ilə bu elanın məramı açıqlanır...”

Bəli, artıq 35 ildir jurnalistika sahəsində addımlamaqla ənənəmə sadiq qalıb, "az olsun, təmiz olsun!” prinsipi ilə qələmlə yoldaşlıq edirəm. Oxucularıma üz tutduğum bu yazıda da fikirlərimi çalışacam dürüst, yığcam şəkildə ifadə edim.

Doğma Sumqayıtımızda bir neçə rəhbər – İcra Başçısı görmüşəm. Amma eşidəndə ki, Zakir Fərəcov şəhərimizə İcra Başçısı təyin edilib, sevincimin həddi-hüdudu olmadı. Həmin anda beynimdən bir fikir keçdi: Nəhayət, Sumqayıtımıza bir Günəş doğdu. Bu Günəş nuru ilə hamını isidəcək, ətrafa gözəllik bəxş edəcək. Həmin qənaətim təsadüfi deyildi. Uzun illər Zakir müəllimin iş fəaliyyətini izləyən bir qələm sahibi kimi bunu deməyə əsasım var. Bəli, Zakir müəllim tərifdən xeyli uzaq adamdır. Əziz oxucular, qeydlərimi tərif kimi də qəbul etməmənizi xahiş edirəm. Təbii ki, görünən dağa bələdçilik gərək deyil. Mən bir vətəndaş, sakin olaraq mənəvi borc bilirəm ki, şəhərimizdə real vəziyyət barədə təəssüratımı bölüşüm.

Son zamanlar Sumqayıta qonaq gələn qohumlarım şəhərimizdən çox xoşları gəldiyini dönə-dönə vurğulayırlar. Burada aparılan abadlıq, quruculuq işləri olduqca nəzərəçarpandır. Evlərini satıb Sumqayıtda yaşamaq istəklərini də bildirirlər. Hər yanda yaranan gözəllik insanın zövqünü oxşayır, rahatlığını təmin edir. Bütün sahələrdə inkişaf göz qabağındadır. Görülən işləri sadalamaqla bitməz. Aparılan quruculuq və abadlıq işlərinin miqyası saya və ölçüyəgəlməzdir. Bunlar hələ başlanğıcdır. Ən əsası isə Zakir müəllim bütün sumqayıtlıların yaxın dostudur. O öz yerişi, duruşu, danışıq tərzi, hərəkət və davranışı ilə çox sadə, mədəni və təvazökar insandır. Camaatla öz dilində danışmağı, əhaliyə səbr, təmkin və diqqətlə qulaq asmağı bacarır. İti hafizəyə, dərin zəkaya malik bu insanın ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə, o cümlədən təhsilimizə, səhiyyəmizə, idmanımıza verdiyi qiymət, göstərdiyi diqqət və qayğısı hədsizdir.

Ulu Öndərimiz Heydər Əliyev demişdir: "Sumqayıtın bir xüsusiyyəti odur ki, buraya Azərbaycanın bir çox rayonlarından insanlar gəlib toplaşırlar. Ancaq eyni zamanda, burada ədalət olmalıdır. Burada hamıya diqqət olmalıdır. İnsanlar yalnız öz biliyinə, bacarığına, bizim dövlətçiliyimizə sədaqətinə görə dövlət vəzifələri tutmalıdırlar.” Ulu Öndərimizin ideyalarının, siyasi kursunun layiqli davamçısı, xalqını ürəkdən sevən cənab İlham Əliyev də xalqın önündədir, onu daha nurlu və uğurlu sabahlara aparır. Bu yol xoşbəxtlik yoludur, bu yol səadət yoludur, bu yol müstəqillik yoludur. Bu yol dünya dövlətləri arasında özünütəsdiq yoludur!

Zakir Fərəcov da bu yola sadiqliyini layiqli əməli fəaliyyəti ilə sübut etməyə çalışır və əminliklə deyək ki, sübut edir də.

Vətənimizin Zakir müəllim kimi dəyərli, humanist, nüfuzlu, fədakar, cəfakeş, nəcib insanlara ehtiyacı çoxdur. Ulu Tanrıdan ona can sağlığı, uzun ömür, böyük nailiyyətlər, bol-bol sevinc arzulayır, həmişə var olun, deyirəm!


 

  

 

 

 

 


                                    İlhamə Məhəmmədqızı,

                                      "Əsrin Sədası” qəzetinin Baş redaktoru 

 

 


 


 

  • Müəllif: Elnur
  • Tarix 17-05-2016, 08:15
  • Bölmə: Ana səhifə, Dunyatv, Xəbərlər, Şəkillər, Esrin Sedasi, Maraqlı
  • Baxılıb: 355
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Январь 2017    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Arxiv
Sayğac