dunyatv.az
CANLI YAYIN

Lənkəranda minik avtomobili maneəyə çırpılıb, sürücü ağır xəsarət alıb 20 05 2016

20-05-2016, 06:59

Lənkəranda minik avtomobili maneəyə çırpılıb, sürücü ağır xəsarət alıb 20 05 2016

 

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

 

Dünyatv.az APA-ya istinadən xəbər verir ki, mayın 20-də səhər saatlarında rayonunun Sütəmurdov kəndi ərazisində Lənkəran şəhər sakini, 1993-cü il təvəllüdlü Elvin Nazim oğlu Səfərlinin idarə etdiyi "Chevrolet” markalı, 42 BV 078 dövlət nömrə nişanlı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb. Güclü zərbədən qapalı kəllə-beyin travması və digər bədən xəsarətləri alan sürücü dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkim nəzarəti altına götürülmüş E. Səfərliyə müvafiq tibbi yardım göstərilib, vəziyyəti ağırdır.


Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.


Oxunub: 713

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.