dunyatv.az
CANLI YAYIN

Bakıda ər keçmiş həyat yoldaşını uşaqlarının gözü qarşısında bıçaqlayıb 20 05 2016

20-05-2016, 07:09

Bakıda ər keçmiş həyat yoldaşını uşaqlarının gözü qarşısında bıçaqlayıb 20 05 2016

 

Bakının Xəzər rayonunda ər keçmiş arvadını bıçaqlayıb. Dünyatv.az APA-ya istinadən bildirir ki, insident ötən gün Binə qəsəbəsində yerləşən məktəbin həyətində baş verib.

 

Ruziyyə Babacan qızı Dəmirova həyat yoldaşından boşanandan sonra keçmiş əri iki azyaşlı oğlunu öz yanında saxlayıb. Ruziyyə Dəmirova da məktəbdə oxuyan uşaqlarını görmək üçün dərs vaxtının sonunda məktəbə gedib. Bu zaman uşaqların atası da məktəbə gəlib. Ruziyyənin uşaqlarla söhbət etməsini görən keçmiş əri bıçaqla ona hücum edib. Keçmiş ər uşaqlarının gözü qarşısında Ruziyyə Dəmirovanı bıçaqlayıb.

 

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

 

Hadisəni törətməkdə şübhəli bilinən şəxsi Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat nəticəsində yaxalayaraq istintaqa təhvil veriblər.

 

Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.


Oxunub: 643

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.