dunyatv.az
CANLI YAYIN

Azərbaycanlı müğənni bəstəkar xanımından boşanıb 24 05 2016

24-05-2016, 06:15


Müğənni Cavid Hüseyn bəstəkar həyat yoldaşı Sevinc Ağasıyeva ilə ayrılıb. 

Dünyatv.az Milli.Az-a istinadən bildirir ki, ifaçı bu haqda "Qonaq gəl bizə" verilişində danışıb. O, boşanmağı xanımının istədiyini bildirib:

"Sevinc xanımla 8 aydır rəsmi şəkildə boşanmışıq. İki övladım var, onlarla görüşürəm. Böyük bir səbəbimiz olmayıb. Həyat yoldaşım boşanmaq istədiyini dedi. Maddi problemlərim yarandı. Bir də mən qısqancam. Sevdiyimi başqası ilə paylaşa bilmərəm. Günahım bu olub. 51 yaşım var, biznes qura bilmirəm. Neçə dəfə cəhd etdim, pul itirdim. 

Gənc yaşlarımda imkanım yaxşı olub, son günlər düşdüm. İndi pis oluram ki, ailəm qarşısında sındım. 
Qızımın 17 yaşı var, bu il məktəbi bitirir. Türkiyədə universitetə daxil olacaq".

C.Hüseyn ikinci dəfə evlənməyi düşünmədiyini söyləyib: 

"Mənim övladlarım var, yaşım da keçib. Bir dəfə sevmişəm, həsrətlə yaşamışam. İkinci dəfə ailə qurmayacam".

Qeyd edək ki, Sevinc Ağasıyeva məşhur "Əziz müəllimim" mahnısının müəllifidir.

Azərbaycanlı müğənni bəstəkar xanımından boşanıb 24 05 2016

 

Azərbaycanlı müğənni bəstəkar xanımından boşanıb 24 05 2016

 



Oxunub: 1 142

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.