dunyatv.az
CANLI YAYIN

Sumqayıtda binada yanğın: 1 nəfər zəhərləndi, 10 nəfər təxliyə olundu 24 05 2016

24-05-2016, 06:24

Sumqayıtda binada yanğın: 1 nəfər zəhərləndi, 10 nəfər təxliyə olundu 24 05 2016

 

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

Dünyatv.az Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə əsasən bildirir ki, Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Yanğınsöndürənlər tərəfindən binadan 10 nəfər sakin təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Oxunub: 524

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.