Uşağı ilan vurdu - Tovuzda 30 05 2016

 

Tovuz rayonunda ilan sancma hadisəsi olub.

Dünyatv.az  APA-ya istinadən bildirir ki, rayonun Düz Qırıqlı kənd sakini, 2006-cı il təvəllüdlü Aydın Əliyev ilan sancma diaqnozu ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Əl barmağını ilan sancan 10 yaşlı oğlana dərhal tibbi yardım göstərilib və ona ilan zəhəri əleyhinə zərdab vurulub. Məlumata görə, A.Əliyev həyətyanı sahələrində təsərrüfatda işləyərkən ilan onu sancıb.

Rayonun Əlibəyli kənd sakini 2009-cu il təvəllüdlü Elvin Vüqar oğlu Məmmədovu isə naməlum həşərat sancıb. O xəstəxanaya gətirilib və ona da tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 


  • Müəllif: Elnur
  • Tarix 30-05-2016, 06:26
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər
  • Baxılıb: 334
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac