Xızıda qəzada ölənlərdən biri yüksək vəzifəli məmurun atasıdır 31 05 2016

Xızıda qəzada ölənlərdən biri yüksək vəzifəli məmurun atasıdır 31 05 2016

 

Dünən Xızıda Sumqayıt Dövlət Texniki Kollecinin müəllim və tələbə heyətinin düşdüyü qəza ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Dünyatv.az "Qafqazinfo”nun əldə etdiyi məlumata görə bildirir ki, qəza nəticəsində vəfat edən Sərxan Abdullayev Mərkəzi Bank Sədrinin müavini Xəqani Abdullayevin atasıdır.

Sərxan Abdullayev sözügedən kollecdə "Avtomobilin istismarı” ixtisası üzrə dərs deyirmiş. Kollecin kollektivi hər il olduğu kimi, bu ilin yaz mövsümündə də gəzinti məqsədilə rayona səfər edib. Dəhşətli qəza da məhz gəzintidən qayıdan zaman baş verib.

Tələbə və müəllimləri daşıyan "Hyundai” markalı mikroavtobus Qızıl-Qazma qəsəbəsində dərəyə aşıb. 1950-ci il təvəllüdlü Sərxan Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb və yaralı orada keçinib.

Xatırladaq ki, hadisə nəticəsində 3 nəfər ölüb, 24 nəfər yaralanıb.

Qeyd edək ki, Xəqani Abdullayev 2015-ci ilin aprel ayından Mərkəzi Bank sədrinin müavini vəzifəsinə təyin edilib.


Azərbaycanda yüksək vəzifəli məmurun atası qəzada öldü

  • Müəllif: Elnur
  • Tarix 31-05-2016, 08:20
  • Bölmə: Ana səhifə, Dunyatv, Xəbərlər
  • Baxılıb: 288
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac