dunyatv.az
CANLI YAYIN

Alça ilə arıqla 01 06 2016

1-06-2016, 08:50

Alça ilə arıqla 01 06 2016

 

Alça  qəbizliyi aradan qaldırar

Gündə bir ovuc alça yeyərək qəbizliyin öhdəsindən gələ bilərsiniz. Alça lif baxımından zəngin olduğundan, mədə qazı, qəbizlik və qaz problemini önləyər.

Yaşıl ərik sallanmaların qarşısını alır

Diyet saxlayarkən ən çox qorxulan nəticə dəri sallanmalarının yaranmasıdır. Halbuki alça kimi C vitamini baxımından zəngin və toxumaları gücləndirən meyvələrlə qidalanmaq həm sallanmaları önləyər həm də dərinin gənc qalmasını təmin edər.

Alça arıqladır

Aclıq və toxluq hissinin müəyyən edən ən böyük faktorlardan biri qan şəkərinin tarazlığıdır. Əgər, qan şəkəri tarazlıqda olsa sağlam insanlar kimi aclıq və ya toxluqu hiss edərsiniz. Bunu təmin etmənin ən zəmanətli yollarından biri də qan şəkərini tarazlayan alça kimi kimi qidalar istehlak etməkdir. Alça bu xüsusiyyəti ilə arıqlamağınıza kömək olacaqdır.

Alça qan azlığını aradan qaldırır

Qansızlıq, dəmir əskikliyi kimi xəstəliklər başda yorğunluq və köklük olmaq üzrə saç tökülməsi, hamilə qala bilməmə kimi ciddi problemlərə yol açır. Alçanın tərkibində dəmir və kalsium  vardır. Gün ərzində bir ovuc alça yeyərək qan azlığının qarşısınıala bilərsiniz.

Alça  immuniteti gücləndirər

Güclü bir immunitet sisteminin mənası budur: hər kəs xəstə olarkən siz sağlam və keflə həyata davam edərsiniz. Alça da immunitet sistemini gücləndirən qidalar sırasındadır.Tərkibindəki yüksək miqdarda C vitamini olan alça immuniteti gücləndirər.

Alça ağciyər xərçənginə qarşı qoruyur

Alça yeyənlərin astma, ağciyər xərçəngi, soyuqdəymə, öskürək və bir sıra  xroniki ağciyər problemlərindən uzaq qaldığı araştırmalarda müəyyən olunmuşdur. Əgər siqaret çəkirsinizsə, gördüyünüz zərəri az da olsa azaltmaq üçün gündə bir ovuc alça yeyə bilərsiniz


Oxunub: 1 325

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.