Sumqayıt şəhər 2 nömrəli Doğum evində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilib 01 06 2016

Sumqayıt şəhər 2 nömrəli Doğum evində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilib 01 06 2016


Bu gün Sumqayıt şəhər 2 nömrəli Doğum evində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günümünasibəti ilə hal hazırda doğum evində yatan zahı qadınlara bayram süfrəsi təşkil edilib.Doğum evinin baş həkimi Sevinc Məmmədova hər kəsi bu gün münasibəti ilə təbrik etdi ve bildirdi ki  1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Bu, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır.Azərbaycanın sabahının da qayğısına qalan Heydər Əliyev həmişə qızıl kimi qiymətli vaxtından kəsib məmnunluqla uşaqların bayram tədbirlərinə gəlib.Azərbaycan uşaqlarına qayğı bu gün də diqqət mərkəzindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin "Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahı üçün böyük tədbirlər görür.

Ulu öndərin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu böyük rəhbərin bu sevgisini, humanist ideyalarını da layiqincə yaşadır. Fpndun Prezidenti Mehriban Əliyeva "Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır" devizini yutaraq, çox sadə bir mərama söykənib: "Azərbaycan uşaqlarını bəxtəvər görmək." Təsadüfi deyil ki, Fondun yarandıqdan sonra ilk ən böyük tədbiri uşaqlarla bağlı oldu. 2004-ci ilin sentyabrında Fond nəcib təşəbbüslə 30-a yaxın uşaq evi və internat məktəbində tərbiyyə alan kimsəsiz və istedadlı uşaqları sevindirdi, Səttar Bəhlulzadə adına sərgi salonunda onların "Mən Azərbaycanı sevirəm" adlı sərgisi təşkil etdi. Elə həmin tədbirlə də uşaq evi və internat məktəblərinə qayğının təməli qoyuldu. Uşaq müəssisələri əsaslı təmir edildi, əlavə yardımçı binalar inşa olundu, paytaxtın bütün rayonlarındakı uşaq evləri və internatların hər birində yaşayış üçün rahat komunal şərait yarandı. "Ən gözəl təmir olunan uşaq evi, müasir internat məktəbi heç vaxt ailəni, ailə mühitini əvəz edə bilməz" deyən Mehriban Əliyevanın təşəbbüsü ilə uşaq evləri və internat məktəblərində yaşayan uşaqların dövlət müəssisələrindən kənar edilməsi və onlara alternativ qayğı proqramı hazırlandı, 2005-ci il iyunun 1-də Fondda həmin layihənin - "Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların kənar edilməsi və alternativ qayğı" layihəsinin müzakirəsi keçirildi. Fondun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi" layihələrinin reallaşdırılması, xeyriyyəçilik tədbirləri, cərrahiyyə əməliyyatları, peyvəndləşdirmə aksiyaları əsl şəfqət və mərhəmət, xeyirxahlıq nümunəsinə döndü. Mehriban Əliyeva hər il internat və uşaq evlərində tərbiyə alan, eləcə də qaçqın və məcburi köçkün uşaqlar üçün bayram şənlikləri keçirir, onları bir araya yığır, uşaqlarla bir süfrə arxasında əyləşir, səmimiliyi ilə onların könlünü ələ alır. Bu unudulmaz görüşlər, Azərbaycanın birinci xanımı ilə çəkilən şəkillər uşaqların ömrünün ən əziz xatirəsinə dönür. Heydər Əliyev Fondunun qayğısı ilə əhatə olunan Azərbaycan uşaqları istedadları ilə artıq Avropanı, dünyanı dolaşır, "azərbaycanın xoşməramlı mələkləri" Avropanın mədəniyyət mərkəzinin paytaxtında hamını heyran qoyur. Beləliklə, Heydər Əliyev Fondu və onun Prezidenti insanların beyninə, düşüncəsinə xeyirxahlıq toxumu səpərək fədakarlığı ilə tək Azərbaycana yox, bütün dünyaya son dərəcə gözəl bir nümunə sərgiləyir. Fəaliyyəti ilə sübut edir ki, bu gün qəlbimiz daha çox insan sərgisi ilə dolu olmalıdır, bu gün uşaqlara qayğı dünyanın xilası deməkdir... Çıxışdan sonra hədiyyələr paylandı.


 

Sumqayıt şəhər 2 nömrəli Doğum evində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilib 01 06 2016

 

Sumqayıt şəhər 2 nömrəli Doğum evində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilib 01 06 2016

 

Sumqayıt şəhər 2 nömrəli Doğum evində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilib 01 06 2016

 

Sumqayıt şəhər 2 nömrəli Doğum evində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilib 01 06 2016

 

Sumqayıt şəhər 2 nömrəli Doğum evində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilib 01 06 2016

 


 

  • Müəllif: Elnur
  • Tarix 1-06-2016, 12:46
  • Bölmə: Ana səhifə, Dunyatv, Xəbərlər, Sağlamlıq (Tibb), Qadın Dünyası
  • Baxılıb: 1232
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Baxılıb: 19 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 18 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 16 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 17 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 21 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 19 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 23 | Şərhlər: 0 | Müəllif: dunya
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Март 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Arxiv
Sayğac