Xuraman Şuşalı: "Artıq 4 ildir ki, tövbə etmişəm" - FOTO 04 06 2016


Dünyatv.az Milli.Az-a istinadən xəbər verir ki, müğənni Xuraman Şuşalı həmkarlarını qısqandıracaq etiraf edib.

"Artıq 4 ildir ki, içki olan məclislərə nə qonaq, nə də müğənni kimi gedirəm. Dinimizdə haram buyurulub. Daha çox xına mərasimlərinə gedirəm. Düzdür, artıq xına dəb halını alıb. Bir çox həmkarlarım da bu sahə ilə məşğul olurlar, amma mən özümü №1 sayıram. Çünki mənim kimi adət-ənənələrlə həm xınanı yaxıb, həm aparıcılıq edib, həm də oxumurlar. Bəlkə, bəziləri məndən inciyəcəklər, ancaq əziyyətimi qiymətləndirib deyirəm, təkəbbürlük deyil. Hər dəfə ayrı-ayrı dekorlardan istifadə edirəm".

Müğənni yorulduğunu da gizlətmədi.

"Həm işlə, həm uşaqlarla məşğul olmaq məni çox yorur. Ancaq nə qədər yorulsam, bir o qədər xoşdur. Uşaqlara baxıram, sevinirəm, Allaha şükür edib deyirəm ki, mənə də ömür ver, övladlarımı böyüdüm. Mən özüm əziyyətli həyat yaşamışam, onlar atasız, anasız qalmasınlar. Onu da deyim, çox dəcəldirlər, amma mən yenə onları çox sevirəm".

Qeyd edək ki, müğənni Elçin adlı şəxslə ailəlidir və onların Məhəmməd Mehdi, Tumurcuq Surə, Hüseyn Abbas adlı övladları var.

Xuraman Şuşalı: "Artıq 4 ildir ki, tövbə etmişəm" - FOTO 04 06 2016

 

Xuraman Şuşalı: "Artıq 4 ildir ki, tövbə etmişəm" - FOTO 04 06 2016

 

 

 


 

  • Müəllif: Elnur
  • Tarix 4-06-2016, 07:04
  • Bölmə: Ana səhifə / Dunyatv / Şəkillər / Şou-Biznes / Maraqlı
  • Baxılıb: 1 216
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac