On bir ayın sultanı - Ramazan başlayır 06 06 2016


Bu gün müqəddəs ramazan ayının başlaması münasibətilə ölkə ərazisində oruc tutanlar üçün niyyət axşamıdır.

Niyyət axşamı oruc tutan şəxsin edəcəyi əməli özü üçün müəyyənləşdirməsi deməkdir. Niyyət edən müsəlmanlar bir ay boyunca oruc tutacaqlarını, 11 ayın sultanı Ramazanı ibadətlə geçirəcəklərini Allah qarşısında dilə gətirirlər.

Dünyatv.az Milli.Az-a istinadən bildirir ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib.

İyunun 7-də başlayacaq Ramazan ayı İslam dinində böyük önəmə malikdir. Bu ay İslam dininin müqəddəs kitabı - Qurani-Kərimin nazil olduğu, dilənən diləklərin, deyilən duaların qəbul olunduğu aydır. Ramazan günahların bağışlandığı, duaların qəbul edildiyi müqəddəs günlərin ayıdır. Fəzilətinə, xeyirinə görə İslam peyğəmbərinin 11 ayın sultanı adlandırdığı Ramazanı faydalı keçirmək vacibdir.

Qafqaz Müsəlmanları İdarəsi bölgə qazıları, səlahiyyətli nümayəndələr, imam və axundlardan, dindarlardan digər mənbələrdən daxil olmuş, məzhəb və vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərdən istifadə etməməyi tələb edib.

  • Müəllif: Elnur
  • Tarix 6-06-2016, 08:15
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Esrin Sedasi / Maraqlı
  • Baxılıb: 876
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Arxiv
Sayğac