​İmişlidə iki polis əməkdaşı xəsarət aldı 08 06 2016

İmişli rayonunda yola qoyulmuş şlaqbaumdan keçən avtomobilin sürücüsü 2 polis əməkdaşına xəsarət yetirib.

Dünyatv.az Milli.Az-a istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında rayonun Məmmədli kəndində qeydə alınıb.
Hadisə istimai təhlükəsizliyi təmin etmək məqsədi ilə yolda dayanmış polis əməkdaşlarının ərazidən keçən avtomobillərin hərəkətini tənzimləyərkən baş verib. Göyçay rayon sakini idarə etdiyi "Qazel" markalı avtomobillə həmin istiqamətdə hərəkətdə olarkən yola qoyulmuş şlaqbauma əhəmiyyət verməyərək onu vurub, keçib. Bu zaman şlaqbaum təhlükəsizliyi təmin edən polis əməkdaşlarına dəyib və onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Sürücü aradan çıxıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və onlara ilk tibbi yardım göstərilib.
Rayon polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı sürücü saxlanılıb.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Müəllif: Elnur
  • Tarix 8-06-2016, 06:18
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 519
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac