Samuxda qardaş baçısını qətlə yetirib 09 06 2016


Dünən axşam saatlarında Samux rayonunda baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Dünyatv.az Lent.az-a istinadəm bildirir ki, 3 uşaq anası olan 30 yaşlı bacısı Gülnarə Həsənovanı öldürən Cavad Həsənov özü də evli olub. Onun 2 övladı var.
 
Hadisənin baş vermə səbəbinə gəlincə, Hacallı kənd sakini olan C.Həsənov bacısını qısqanclıq zəminində öldürdüyünü etiraf edib. O, ilkin ifadəsində bildirib ki, bacısına həyat tərzində dəyişiklik etməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edib və onu yüngül həyat tərzi keçirməkdən yayınmağa çalışıb. Dünən toy məclisindən sərxoş vəziyyətdə qayıdan 32 yaşlı Cavad əvvəlcədən planlaşdırılmış formada bacısının evinə daxil olaraq onu bıçaqlayıb. O, bacısının boğaz, döş qəfəsi, qarın və qol nahiyələrinə ümumilikdə 10-a yaxın zərbə endirib.
 
Bildirilir ki, G.Həsənova bir müddət əvvəl həyat yoldaşından boşanıb və bundan sonra atasının evinin yaxınlığında kiçik bir ev tikərək 3 övladı ilə burada yaşayıb. Qətl hadisəsi də həmin evdə baş verib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır

  • Müəllif: Elnur
  • Tarix 9-06-2016, 07:05
  • Bölmə: Ana səhifə, Dunyatv, Xəbərlər, Kriminal, Hadisə
  • Baxılıb: 308
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac