dunyatv.az
CANLI YAYIN

Şalvarın düyməsi bağlanmırsa... - Hamilələrə praktik məsləhətlər 21 06 2016

21-06-2016, 06:34

Hamiləlik boyu geyimdən tutmuş hərəkət etməyə qədər bir çox çətinliklər yaşanır. Yaradıcı hamilələr həyatı asanlaşdıran praktik çıxış yolları axtarıb tapıblar. Dünyatv.az Aile.lent.az-ın internetdə yayılan həmin türkəçarə üsullarını sizə təqdim edir.

- Hamiləlikdə düyməsi bağlanmayan şalvarlarınızın belini şəkildəki kimi bağlayın.

- Hamilə blogerlərdən biri idman bantlarının ağrıları azaltdığını deyir.

- Buzlu dondurmalar susuzluğu aradan qaldırar. Eyni zamanda mədə və ürək bulanmasına da yaxşı təsir edir.

- Bəzi ana namizədləri səhərlər ürək bulanmasını aradan qaldırmaq üçün yataqlarının yanında kreker saxlayırlar və səhər oyanan kimi atışdırırlar.

- Qarnınız böyüdükcə bəzi əşyalara əliniz çatmır. Əliniz çatmayan əşyalar üçün mətbəx maşalarından istifadə edə bilərsiniz.

- Beliniz genişləndikcə şalvarlarınızın düyməsi bağlanmadığı üçün belinizə bəzəkli karset tikərək geyinə bilərsiniz.

- Bahalı hamiləlik büstqalteri almaq əvəzinə əlavə ipliklər alın.

- Hamiləlik yastığınızı da evdə özünüz tikə bilərsiniz.

- Hamilələrin bel və çiyin ağrılarını dairəli şar da yumşaldır.

- Ürək bulanmasının qarşısını alan yoqa hərəkətləri ilə tanış olun.

- Bəzi hamilələr Hindistan qozu yağının bişməcəyə yaxşı təsir etdiyini deyir.

- Yay aylarında büstqalter taxmaq işgəncə halına gələ bilər. Döşlərinizi bir az sərinlətmək üçün büstqalterinizi soyuducuda soyuda bilərsiniz.


Oxunub: 801

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.