Başı kəsilən qızın GİZLİ MESAJları üzə çıxdı 23 06 2016

Başı kəsilən qızın GİZLİ MESAJları üzə çıxdı 23 06 2016

 

Bir neçə gün öncə Tovuz rayonunda dəhşətli cinayət hadisəsi baş verib. Rayonun Aşağı Quşçu kəndində 17 yaşlı Günay Gülməmmədovanın meyti tapılıb. Onu hansı səbəbdən və kim tərəfindən qətlə yetirilməsi hələ də məlum deyil. Dünyatv.az Criminal.az saytına istinadən bildirir ki, G.Gülməmmədovanın əmisi Natiq Gülməmmmədov azvision.az-a açıqlamasında qatilin tapılması üçün axtarışların davam etdirildiyini deyib.

"Günayın kim tərəfindən öldürülməsini bilmirik. Ailənin heç kimlə problemi, ədavəti olmayıb. Qardaşım sakit insandır. Hazırda o, xəstə olduğu üçün gəzə bilmir. Bizim nəslimizdə ilk dəfədir, belə qətl hadisəsi baş verib. Bu, dəhşətli qətldir. Günayı öldürən normal insan ola bilməz. Belə cinayəti ancaq terrorçular, İŞİD-çilər törədə bilər".

Əmisinin sözlərinə görə, polis əməkdaşları tərəfindən G.Gülməmmədovanın bir oğlanla danışdığı aşkar edilib: "Araşdırma zamanı Günayın telefonunda gizli mesajlar tapılıb. O, kiminləsə mesajlaşırmış. Polis əməkdaşları hazırda həmin şəxsin müəyyən edilməsi istiqamətində iş aparırlar. Bəlkə də hadisəni həmin şəxs törədib. Polis tərəfindən mesajlar yoxlanılıb. Həmin şəxs polisə ifadə verəcək. Biz onun kim olduğunu bilmirik. Ailə üzvləri Günayın oğlanla danışdığından xəbərsiz olublar. Mesajlar onun ölümündən sonra ortaya çıxıb. Cinayətin baş verdiyi axşam Günay evdəkilərə qonşuya getdiyini deyib. O, beş dəqiqəyə evə qayıdacağını bildirib. Amma qayıtmayıb. Bir neçə saatdan sonra Günayın başı kəsilmiş vəziyyətdə meyiti tapıldı". 

  • Müəllif: Elnur
  • Tarix 23-06-2016, 06:06
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 532
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac