dunyatv.az
CANLI YAYIN

Müğənni maşınında güllələndi - FOTO 23 06 2016

23-06-2016, 08:08

 Müğənni maşınında güllələndi - FOTO 23 06 2016

 

Pakistanın tanınmış müğənnilərindən biri güllələnib.

Dünyatv.az Milli.Az-a istinadən bildirir ki, sufi ifaları ilə tanınan Amjad Sabri Karaçi şəhərində silahlı basqına məruz qalıb. Sabri Hindistan və Pakistandakı sufi cərəyanın musiqisi hesab edilən "Kavvali" stilində ifaları ilə məşhurlaşmışdı. 

Müğənniyə şəhərin mərkəzində avtomobilində hücum edilib. Naməlum şəxslər ona yaxın məsafədən atəş açıblar. Bədəninə 5 güllə dəyən A.Sabri xəstəxanaya aparılarkən yolda keçinib. 

Başda Pakistanın baş naziri Navaz Şərif olmaqla qabaqcıl siyasi xadimlər müğənniyə hücumu qınayan mesajlar yayıblar. 

Onun qətlə yetirilməsinin səbəbləri dəqiq bilinmir. Amma Sabrinin musiqisində əks etdirdiyi sufilik sünnilər tərəfindən kafirlik kimi qəbul edilir. 

Pakistanda son zamanlar sufiliklə məşğul olanlara qarşı tez-tez kamikadze hücumları təşkil edilib. Ancaq BBC-nin Pakistan müxbirinin sözlərinə görə, yaxın zamanda sufiləri hədəfə alan hücum baş verməmişdi. 

Sabri haqqında keçən il bir mahnısında Məhəmməd peyğəmbər (s.ə.s) və ailəsi haqqında bəhs etdiyi üçün "dinə təhqir" ittihamı ilə cinayət işi açılmışdı.  

 

Müğənni maşınında güllələndi - FOTO 23 06 2016

 

Müğənni maşınında güllələndi - FOTO 23 06 2016

 

Müğənni maşınında güllələndi - FOTO 23 06 2016

 


Oxunub: 552

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.