dunyatv.az
CANLI YAYIN

Azərbaycan həkiminin dəhşətli səhvi dünya mediasında - FOTO 25 06 2016

25-06-2016, 12:51

Bakıda həkimin şəkərli diabet xəstəsi, 82 yaşlı Tərlan Əliyevanın sağlam olan sol ayağı əvəzinə sağ ayağını kəsməsi beynəlxalq medianın da diqqətini çəkib.

Dünyatv.az  axar.az-a istinadən bildirir ki, Türkiyənin NTV, "Haberler.com" və Rusiyanın "Ria Novosti", "Lenta.ru" kimi nüfuzlu media orqanları məsələyə geniş yer verərək, sensasiyalı hadisəni oxucularına çatdırıblar.
 
Oxucular isə şərhlərində hadisəni törədən həkimi lənətləyiblər.
 
Qeyd edək ki, şəkərli diabet xəstəsi Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın ötən gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində 60 yaşlı cərrah həkim Valeh Kərimov tərəfindən əməliyyat edilib. Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib. Valeh Kərimov sensasiyalı hadisəyə cavab verib və səhvən sağlam ayağı kəsdiyini etiraf edib.
 

 

 

 



Oxunub: 1 397

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.