Cəlilabadda 34 yaşlı əlil qız itkin düşüb 29 06 2016

Cəlilabadda 34 yaşlı əlil qız itkin düşüb 29 06 2016

 

Cəlilabadda 34 yaşlı qız itkin düşüb.

 

Dünyatv.az bildiriri ki, bu barədə APA-nın cənub bürosuna itkin düşən şəxsin anası məlumat verib.

 

Cəlilabad rayonunun Göytəpə şəhər sakini Zərifə Xəlilova bildirib ki, dörd qardaşın 1 bacısı olan qızı Xəyalə Xəlilova bir müddət əvvəl yol qəzasına düşməsi nəticəsində ikinci qrup əlil olub. O bu il aprelin 18-də günorta saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

Zərifə Xəlilovanın sözlərinə görə, qızını görənlər olub. Amma kim tərəfindən hara aparıldığı, yaxud hansı ünvana getdiyi barədə heç bir məlumat yoxdur.

 

Ana qızının itkin düşməsi ilə bağlı Cəlilabad Rayon Poliş Şöbəsinin Göytəpə şəhər polis bölməsinə məlumat verildiyini bildirib.  Polis bölməsi tərəfindən axtarışlar aparılsa da, hələlik Xəyalədən xəbər yoxdur.

 

Qeyd edək ki, Xəyalə Xəlilova evdən çıxan zaman əynində kül rəngində köynək və şalvar, başında isə qırmızı papaq olub.

 

Onu görənlərdən xahiş olunur ki,  aşağıdakı telefon nömrələrinə zəng vura bilərlər: (051)-348-95-66; (050) 384-28-18; (055) 248-17-33Anchor

 

Cəlilabadda 34 yaşlı əlil qız itkin düşüb 29 06 2016

 

Cəlilabadda 34 yaşlı əlil qız itkin düşüb 29 06 2016

 


  • Müəllif: Elnur
  • Tarix 29-06-2016, 07:32
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Şəkillər
  • Baxılıb: 981
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac