dunyatv.az
CANLI YAYIN

Göyçayda iş adamı 16 bıçaq zərbəsi ilə qətlə yetirilib 30 06 2016

30-06-2016, 06:54

Göyçayda iş adamı 16 bıçaq zərbəsi ilə qətlə yetirilib 30 06 2016

 

Göyçay rayonunda qətl hadisəsi baş verib.

 

Dünyatv.az APA-ya istinadən bildirir ki, hadisə iyunun 30-da saat 01:00 radələrində Göyçay şəhərinin Heydər Əliyev küçəsi 24 saylı mənzildə qeydə alınıb.

 

Ev sahibi, 1963-cü il təvəllüdlü Kərimov Cəbrayıl İsmayıl oğlu evə girən naməlum şəxs tərəfindən yatdığı yerdə amansızlıqla qətlə yetirilib.

 

Bədənin müxtəlif nahiyələrindən 16 bıçaq xəsarəti alan Cəbrayıl Kərimov hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxsin Ağdam rayon sakini olduğu bildirilir.

 

Qətli törədən şəxs hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, iş adamı olan Cəbrayıl Kərimov uzun illərdir, Göyçay rayonunda kafe və restoran xidməti ilə məşğul olurdu.


Oxunub: 1 127

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.