Sumqayıtda iftar süfrəsi açılıb - FOTOLAR 01 07 2016

Sumqayıtda iftar süfrəsi açılıb - FOTOLAR 01 07 2016

 

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən iftar mərasimi təşkil olunub.
Dünyatv.az Xəbərlər.com-a istinadən xəbər verir ki, İftar mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər ziyalıları, din xadimləri, ictimaiyyət nümayəndələri, aztəminatlı ailələr iştirak edib.
Öncə Türkiyədə törədilən terror aktı nəticəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov mərasimdə çıxış edərək bildirib ki, ölkəmizdə milli mənəvi dəyərlərin möhkəmləndirilməsinə dövlət səviyyəsində hər zaman diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmiz milli və dini tolerantlıq baxımından bütün dünyaya nümunədir.
İftar mərasimində Müqəddəs Ramazan ayının əhəmiyyətindən danışılaraq, mərhəmət, şəfqət və bərabərlik rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq və duaların qəbul olunması arzulandı.

 

Sumqayıtda iftar süfrəsi açılıb - FOTOLAR 01 07 2016

 

Sumqayıtda iftar süfrəsi açılıb - FOTOLAR 01 07 2016

 

Sumqayıtda iftar süfrəsi açılıb - FOTOLAR 01 07 2016

 


  • Müəllif: Elnur
  • Tarix 1-07-2016, 12:50
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Şəkillər
  • Baxılıb: 422
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac