dunyatv.az
CANLI YAYIN

Ramazan Bayramı ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC gucləndirilmiş iş rejimində işləyəcək 04 07 2016

4-07-2016, 07:08

Ramazan Bayramı ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC gucləndirilmiş iş rejimində işləyəcək 04 07 2016

 

Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib.

Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin daşımaları Departamentinin kollektivi Ramazan Bayramı ərəfəsində gucləndirilmiş iş rejimində işləyəcək.

Dünyatv.az bildirir ki, QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür.

Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin edilir.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.


Oxunub: 575

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.