dunyatv.az
CANLI YAYIN

Azərbaycanda 14 yaşlı nişanlı qız yoxa çıxıb 04 07 2016

4-07-2016, 11:50

Azərbaycanda 14 yaşlı nişanlı qız yoxa çıxıb 04 07 2016

 

 

Qubada 3 aya yaxındır ki, yoxa çıxan 14 yaşlı qızdan hələ də xəbər yoxdur. 8-ci sinif şagirdi həm də nişanlı olub. Onun itkin düşməsində ilk ağla gələn də nişanlısı ilə problemi olub-olmamasıdır. 8-ci sinif şagirdi Güldanə Tağıyevanın intihar etdiyi və ya kiminləsə qaçdığı dəqiq bilinmir.

Qubanın Barlı qəsəbə sakini G.Tağıyeva aprelin 19-da məktəbə gedib və evə qayıtmayıb.

Valideynləri onun nişanlı vəziyyətinə görə intihar edə biləcəyini də deyir, çünki sonuncu dəfə onu arxın kənarında görüblər.

Valideynləri qızın nişanlısı ilə aralarında anlaşmazılıq olmadığını desələr də, mütəxəssislər hadisənin baş verməsində bu faktorun rolunun ola biləcəyini ehtimal edirlər. Yeniyetmə qız nişanlısı ilə hər an və ən xırda məsələyə görə belə küsə bilər.

Sosioloq bildirir ki, bu yaşda qızın nişanlanması ona əlavə psixoloji və sosiolojı gərginliklər yaradır. Güldanənin sinif yoldaşları onun itməmişdən bir neçə gün əvvəl özünü qəribə apardığını deyirlər.

Onunla eyni sinifdə oxuyan Səbinənin dediyinə görə, Güldanə həmin gün sonuncu dərsə girməyib və icazə alaraq məktəbdən ayrılıb.

Axırıncı dəfə onu su kanalının kənarında gəzərkən görüblər. Hadisə ilə baglı valideynləri aidiyyatı orqanlara müraciət ediblər.


Oxunub: 800

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.