dunyatv.az
CANLI YAYIN

Sərnişin avtobusu qəzaya düşdü: yaralılar var 11 07 2016

11-07-2016, 09:02

Gəncə şəhərində sərnişin avtobusu qəzaya düşüb.

Dünyatv.az  report-a istinadən bildirir ki, hadisə şəhərin Təbriz küçəsində baş verib. 

Şəhər ərazisində 1 nömrəli marşurut xətti üzrə fəaliyyət göstərən "Hyundai" markalı sərnişin avtobusu Gəncə şəhər sakini Əbülfəz Bayramovun idarə etdiyi "VAZ-2105" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-2105" markalı avtomaşının sürücüsü və avtomobildə olan sərnişin  Zemfira Zeynalova baş nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir.


Oxunub: 817

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.