dunyatv.az
CANLI YAYIN

Suyu necə içmək lazımdır ki, arıqlatsın? 11 07 2016

11-07-2016, 12:07

2 həftəyə 8 kilo arıqladan su pəhrizi!
Bu, təkcə pəhriz deyil, həm də sağlam həyat tərzidir: bol-bol su içmək... Su gözəlləşdirir, cavanlaşdırır, arıqladır və ən əsası, bizi sağlam edir!

giphy

Qaydası çox sadədir: Belə ki, yeməkdən öncə 2 stəkan su içmək və yeməkdən sonra 2 saat ərzində su içməmək! Gün ərzində hər dəfə yemək yeməzdən öncə nə az, nə də çox – düz 2 stəkan təmiz, lakin qaynadılmamış su içməlisiniz. 15-20 dəqiqə sonra isə rahat yeməyinizi yeyə bilərsiniz. Yeməkdən sonra isə 2 saat ərzində su içmək olmaz.

Voda-vo-vremya-trenirovok

Gündəlik menyumuz belə ola bilər: Səhər yeməyi: yuxudan duran kimi 2 st. su içirik. Sonra ürəyimiz istədiyi faydalı səhər yeməyini yeyirik. Yemək zamanı da içmirik. İçmək yalnız yeməkdən 2 saat sonra ola bilər. Nahar: Nahardan əvvəl 2 st. su içib, yeməyimizi yeyirik və bir də 2 saat sonra eyni miqdarda su içirik. Şam yeməyi: Bu yeməkdən öncə 1 stəkan da içə bilərsiniz. Amma məsləhətdir ki, 2 st. su içib, 15-20 dəqiqə sonra yeməyinizi yeyəsiniz.

voda-yabloko-metr-zhyvot

Qeyd: Yeməkdən sonra 2 saat ərzində təkcə su içmək deyil, çayla şirniyyat, hər hansı desert və s. yemək də olmaz.

water-blonde-drinking-pour-gif-diet


Oxunub: 536

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.