dunyatv.az
CANLI YAYIN

Çempiona növbəti zərbə 12 07 2016

12-07-2016, 06:12

Çempiona növbəti zərbə 12 07 2016

 

Ötən mövsüm Türkiyə çempionu olmuş "Beşiktaş" İsmayıl Köybaşının ardınca daha bir əsas oyunçusu ilə vidalaşmalı olacaq.

Dünyatv.az  apasport.az-a istinadən xəbər verir ki, Xose Sosa da klubdan getmək qərarına gəlib.

Bu barədə oyunçu özü sosial şəbəkə hesabından xəbər yayıb. Argentinalı yarımmüdafiəçi həyat yoldaşının terror təhlükəsi səbəbindən İstanbulda yaşamaqdan qorxduğunu, buna görə də klubu tərk etmək istədiyini artıq rəhbərliyə bildirib.
 
Qeyd edək ki, 2014-cü ildən "Beşiktaş"ın şərəfini qoruyan Sosa meydana çıxdığı 58 oyunda 12 qola imza atıb. O, ötənilki çempionluğun əsas memarlarından biridir.


Oxunub: 1 129

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.