dunyatv.az
CANLI YAYIN

Gəncədə mənzilə basqın edən maskalılar ev sahibini öldürüb, arvadına ağır xəsarət yetiriblər 13 07 2016

13-07-2016, 07:38

 

Gəncədə maskalılar evə basqın ediblər.

 

Dünyatv.az APA-nın qərb bürosunun verdiyi məlumata istinadən xəbər veriri ki, hadisə ötən gecə şəhərin Dədə Qorqud küçəsi ev 19 ünvanında qeydə alınıb.

 

Bir neçə maskalı şəxs Famil Bayramovun mənzilinə girərək, pul tələb edib. Maskalılar onlara heç nə verməyən 1949-cu il təvəllüdlü F. Bayramovu döyərək öldürüblər. Onun həyat yoldaşı, 1947-ci il təvəllüdlü Gülnaz Məmmədovanı da döyərək, ona ağır bədən xəsarətləri yetiriblər. Qadın Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
 

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.


Oxunub: 524

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.