dunyatv.az
CANLI YAYIN

Bakı-Quba yolunda minik avtomobili yük maşını ilə toqquşub, ölən var 13 07 2016

13-07-2016, 08:04

 

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Dünyatv.az APA-ya istinadən bilidirir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 54–cü kilometrliyində "QAZ” markalı minik avtomobilinin "KamAZ" markalı yük avtomobili ilə toqquşması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1971-ci il təvəllüdlü Həbibov İlham Həbib oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Oxunub: 829

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.