Göylərə meydan oxuyan Sumqayıtım 14 07 2016

 Göylərə meydan oxuyan Sumqayıtım 14 07 2016

 

 

Yazı Sumqayıt Bələdiyyəsinin elan etdiyi "Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim edilir .

 

     Göylərə meydan oxuyan Sumqayıtım

 

Mən Sumqayıtda doğulub,burada orta təhsil alıb, ali məktəbi bitirəndən sonra jurnalistika sahəsində pillə-pillə yüksəlmişəm.  Sumqayıt mənim tale şəhərimdir.  48 ildir ki, bu şəhərin inkişaf etdiyini və bəzən də durğunluq dövrünü yaşadığını görmüşəm. Bu şəhərin ən kiçik uğurlarına belə sevinmişəm. Nöqsanlarını görəndə isə onlar mənə dərd olub. Bir şeyə sevinmişəm ki, Sumqayıt, həmişə yüksək potensiallı kadrları ilə seçilib. Buradan pərvaz edən gənc ali təhsilli kadrlar bu gün də respublika səviyyəli qurumlarda uğurla fəaliyyət göstərir, müxtəlif ali təhsil ocaqlarında gənclərimi­zin layiqli mütəxəssislər kimi hazırlanmasında əllərindən gələni əsirgəmir­lər. Mən də sumqayıtlı kimi ETM Təfəkkür Unuversitetində öz biliyimi, bacarığımı tələbələrə öyrətməkdən qürur duymuşam.

 

 Göylərə meydan oxuyan Sumqayıtım 14 07 2016 


Sumqayıt görkəmli elm xadimləri, ədəbiyyat və mədəniyyət nümayəndələri, yazıçıları ilə də həmişə örnək olub. Bu insanlar 67 ildə şəhərin şöhrətinə bir az da şöhrət gətirib və özləri də Sumqayıtla birgə şöhrət zirvəsinə ucalıblar.

Ötən illər ərzində Sumqayıt şəhərinə istər birinci katib kimi, istərsə də icra başçısı kimi çox insan rəhbərlik edib. Onların əksəriyyəti bu gün də sumqayıtlılar tərəfindən xoş duyğularla xatırlanır, həyatda olanlara uzun ömür arzulanır, dünyasını dəyişənlərə isə Allahdan rəhmət dilənir.

  Göylərə meydan oxuyan Sumqayıtım 14 07 2016


Prezidentimiz İlham Əliyevin müvafiq Sərəncamı ilə Zakir Fərəcovun Sumqayıta İcra Hakimiyyəti başçısı təyin olunması, şəhər sakinlərinin ürəyindən xəbər verdi və onların sevincinin üstünə bir sevinc də əlavə olundu. Çünki Zakir Fərəcov sumqayıtlıdır, eyni zamanda şəhər camaatı üçün doğma adamdır. Onlar Zakir Fərəcovu yaxşı tanıyır və ona böyük ümidlər bəsləyirlər.  Eləcə də Sumqayıtın problemləri də Zakir Fərəcov üçün məlum və doğma problemlərdir. O, yaxşı bilir ki, sumqayıtlılar çalışqandırlar, zəhmətkeş­dirlər, istəsələr dağı dağ üstə qoyarlar.

 

Göylərə meydan oxuyan Sumqayıtım 14 07 2016


Sumqayıtlıların ən böyük istəyi odur ki, onların övladları məktə­bə, bağçaya palçığın içində yox, asfalt yolla gedib gəlsinlər. Gecələr həyət­ləri zülmətə qərq olmasın, binalarının zirzəmiləri təmiz olsun ki, ətrafı üfunət bürüməsin, başlarının üstündə örtük olsun ki, yağan qar-yağış evlərinin içinə dolmasın, gənclərin asudə vaxtları normal təşkil olunsun, onlara  yeni iş yerləri yaradılsın, təqaüdçülərin asudə vaxtlarında oturub söhbət etmələri üçün həyətlərində bir yaraşıqlı istirahət guşələri olsun.

Şəhərin bütün məhəllə və mikrora­yonları istilik sistemi ilə təchiz olunsun. Axı ilk baxışdan, bunlar elə də külli miqdar­da vəsait tələb edən problemlər deyil...

 

Göylərə meydan oxuyan Sumqayıtım 14 07 2016

 

 

Ona görə də Zakir Fərəcovun bu şəhərə rəhbərlik etdiyi gündən Sumqayıtda infrastruktur layihələrin icrasına başlanılıb.  Artıq 10 aydır ki, müasir sosial obyektlərin, qabaqcıl texnologiyalar əsasında istehsal sahələrinin yaradılmasına böyük diqqət göstərilir. Şəhərdə sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, onların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi imkanları xeyli genişləndirilib. Dövlət başçısının dəstəyi ilə indiyədək Sumqayıt şəhərində 354 sahibkarlıq subyektinə ümumi dəyəri 320 milyon manat olan investisiya layihəsini maliyyələşdirmək üçün dövlət tərəfindən çox böyük miqdarda güzəştli kredit verilib ki, bu layihələrin icrası ilə 10  mindən çox yeni iş yeri açılıb. Digər bir diqqət və qayğının bariz nümunəsi son günlər Sumqayıt şəhərində istismar müddətini ötmüş, qəzalı vəziyyətdə olan 200 ədəd liftin quraşdırılması, çoxmənzilli 300 ədəd yaşayış binasının dam örtüyünün dəyişdirilməsi, eyni zamanda şəhərdə abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin aparılması üçün böyük miqdarda  vəsait  ayrılıb.

 

 Göylərə meydan oxuyan Sumqayıtım 14 07 2016


Son 10 ayda aparılan abadlıq, quruculuq işləri sakinlərin əhval-ruhiyyəsinə böyük təsir edib. Bunu hər addımda görmək olar. Aparılan abadlıq-quruculuq işləri daxilində Heydər Əliyev, Azərbaycan prospektlərində və 20 Yanvar küçəsində 15 yaşayış binasının fasadları "aqlay" üzlük daşlarla üzlənir və demək olar ki, bütün binalarda işlərartıq yekunlaşıb. Eyni zamanda, Nizami meydanının, Lüdviqshafen parkının, 6, 9, 18-ci mikrorayonlarda və 36-cı məhəllədə məhəllə daxili ərazilərin işıqlandırılması işləri həyata keçirilib.

 

 Göylərə meydan oxuyan Sumqayıtım 14 07 2016 


Sumqayıt sakinlərinin böyük sevincinə səbəb olan dənizkənarı ərazidə yenidənqurma işlərinin: Heydər Əliyev parkında  "Heydər Əliyev Mərkəzi"nin yeni binasının, Şahmat və Musiqi məktəblərinin inşası işləri aparılır. "Park Bulvar" və Çimərliyin tikintisi ilə bağlı bulvarda 106 hektar sahədə çox sürətlə  işlər gedir. Burada müasir tipli otellər, ticarət mərkəzi, uşaqlar üçün əyləncə yerləri, idman kortları, kafe, restoran, istirahət guşələri, çoxmərtəbəli yaşayış binaları tikiləcək. Elə bununla da Sumqayıt həqiqətən də göylərə meydan oxuyub, özünün ikinci intibah dövrünü yaşayacaq.

 

 Göylərə meydan oxuyan Sumqayıtım 14 07 2016


İcra Hakimiyyəti başçısının göstərişi ilə şəhərin mərkəzi küçələrindən birinə Milli Qəhrəman, xalqımızın igid oğlu Mübariz İbrahimovun adı erilib.  Eləcə də 2016-cı ilin aprel ayının əvvəllərində Qarabağ döyüşlərində şəhid olan sumqayıtlıların da adları əbədiləşəcək. Bax, Zakir müəllimin bu maraqlı ideyaları da onun böyük vətənpərvərliyindən, dövlətə, dövlətçiliyə böyük sədaqətindən xəbər verir. Bu təkiflərin reallaşması hamının ürəyincədir və insanlarımızda Vətənə inamı və sədaqəti bir az da artırır.

 

 Göylərə meydan oxuyan Sumqayıtım 14 07 2016

 

İcra hakimiyyəti başçısı şəhərin ekoloji durumu ilə əlaqədar təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsini şəxsən nəzarətə götürüb, mərkəzi və yerli icra orqanları ilə birgə müəssisə və təşkilatları cəlb etməklə ekoloji tarazlığın pozulmasının qarşısını almaq üçün ardıcıl tədbirlər həyata keçirir.

Bu gün əminliklə deyə bilərəm ki, sumqayıtlıların dərdini bizdən də yaxşı bilən hörmətli Zakir Fərəcov qısa zaman kəsiyində Sumqayıtdakı mövcud problemlərin aradan qaldırılması üçün əlaqədar qurumları işə cəlb etməklə, sosial rifah halının yaxşılaşdırılması istiqamətindəki maraqlı tədbirləri ilə hər an sumqa­yıtlıların yanında, onlarla birgə olduğunu artıq sübut edir.

 

Göylərə meydan oxuyan Sumqayıtım 14 07 2016  


Mən bir Sumqayıt sakini, ziyalı olaraq, qələm əhli kimi bundan qürur duyuram. Ona görə də yazılarımın birində Zakir Fərəcovu Sumqayıtın  cəfakeşi adlandırmaqda səhv etmədiyimi indi aydın görürəm. Ona çətin, məsuliyyətli işlərində yeni-yeni müvəffəqiyyətlər, uğurlar arzulayıram.  Axı  onun  uğurları  bütün sumqayıtlıların uğuru, gələcək xoşbəxtliyi deməkdir. Sumqayıtın həqiqətən də göylərə meydan oxuması deməkdir!

 

                                                     İlhamə  MƏHƏMMƏDQIZI

 

P.S. Nə yaxşı Sumqayıtım vardır!

 

Nə yaxşı Sumqayıtım var. Onsuz ömrüm-günüm acıdır, hədərdir. O, insanlara gərəkdir dar gündə dost kimi, vəfadar kimi. Nə qədər sinəsini şaxta, boran, qış döysə də sarsılmır. Onu sevənləri gənclik eşqiylə, bahar təravətiylə öpür yolları. Kİmsəsiz, yalqız qalanların tutur əllərindən Sumqayıtım. Ögeyə doğmadır, dərdliyə sirdaşdır şəhərim. Dar günümdə arxam, köməyim, dayağım Sumqayıtım əzəldən dostluğun, birliyin, haqqın çırağına çevrilib. Səsim, ünüm, harayım, mənim şan-şöhrət payım, səndən mən necə doyum, Sumqayıtım?Gözəlliyindən ilham aldığım şəhərim, Xəzərin sahilində ucalırsan, elin ürəyində yurd salırsan. Sədaqətli oğlun, qızın var sənin, mətanətli gəncin, qocan var sənin. Hər an qəlbimdə, söhbətimdə, sözümdəsən, alnıaçıq, ürəyigen Sumqayıtım. Hissim, duyğum, məhəbbətim adınla bağlıdır. Hər yaranışın bir rəngi olduğu kimi, sənin də öz rəngin var: bundan yorulmur, doymur insanın gözləri, ürəyi. Mavi səma, yaşıl təbiət qovuşur bu rəngdə. Bir qürur, bir vüqar rəmzi var səndə, bir od parlayır sinəndə. İşığın gurlandıqca qaranlıqları əridir, soyuq ürəkləri isidir. Dəyərini, qədrini ancaq qadirlər bilir. Bu günə, sabaha, xoş gələcəyə inamla sıxır bir-birini yaradan əllər. İllər keçsə, fəsillər ötsə də ömrünü uzadacaq gələn nəsillər. Səni ürəkdən sevdiyim üçün qarşında baş əyirəm, qəlbən deyirəm: Daim ucal, daim yüksəl, tükənməsin arzun, kamın, Sumqayıtım!

 


 


 


 


 

  • Müəllif: Elnur
  • Tarix 14-07-2016, 07:03
  • Bölmə: Ana səhifə, Dunyatv, Xəbərlər, Şəkillər, Esrin Sedasi, Maraqlı
  • Baxılıb: 217
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Январь 2017    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Arxiv
Sayğac