dunyatv.az
CANLI YAYIN

Röyanın keçmiş əri vəhşicəsinə döyüldü - Gecə klumbunda dava, həbslər var 15 07 2016

15-07-2016, 11:52

Bir neçə gün əvvəl "Çudo-Peçka" mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğlu, müğənni Röya Ayxanın keçmiş əri Anar Cəlilov vəhşicəsinə döyülüb.

Dünyatv.az Milli.az-a istinadən bildirir ki, hadisə Bakının məşhur gecə klublarından birində baş verib. Hadisə nəticəsində Anar Cəlilov və onunla birlikdə kluba gələn qardaşı mühafizəçilər tərəfindən şil-küt edilib. Bir neçə nəfər tərəfindən döyülən Anarın sifəti darmadağın edilib. Döyülən şəxslər aldıqları ciddi xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi açılıb. Hadisəni törədən mühafizəçilər saxlanılıblar. Onlar ifadələrində bildiriblər ki, Anarın döyülməsinin səbəbi həddindən artıq sərxoş vəziyyətdə kluba daxil olmaq istəməsi və orada qadınlara qarşı nalayiq ifadələr işlətməsi olub. Guya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, Anar sakitləşməyib, əksinə mühafizəçilərin üzərinə hücum edib.

Hazırda idarənin istintaq şöbəsində faktla bağlı araşdırma aparılır. 

Məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsi istintaq prosesi barədə heç bir rəsmi məlumat verməyib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də suallardan yayınıb. O, hadisəni dəqiqləşdirmək üçün vaxt istəyib. Lakin dünəndən bu günə qədər edilən çox saylı zənglərdən heç birinə cavab verməyib... 

Məsələ ilə bağlı daha ətraflı məlumat verməyə çalışacağıq.


Oxunub: 498

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.