dunyatv.az
CANLI YAYIN

Yığmamız Özbəkistana qalib gəldi 16 07 2016

16-07-2016, 07:53

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Dünyatv.az apasport.az-a istinadən xəbər verir ki, yığmamız Özbəkistanın U-19 komandası ilə qarşılaşıb.

"Dalğa Arena"da baş tutan görüşdə millimiz 2:1 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Manə Mollayeva və Kristina Bakarandze vurub.
 
Qeyd edək ki, iyulun 17-də bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək. "Dalğa Arena"dakı matç saat 19:00-da başlayacaq.


Oxunub: 1 104

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.