Zaqatalada bədbəxt hadisə nəticəsində 1 azyaşlı ölüb, digəri xəsarət alıb 18 07 2016

 

Zaqatalada dağlıq ərazidə oynayan iki azyaşlı  uşaq dərəyə yıxılıb. Onlardan biri ölüb, digəri isə ağır xəsarət alıb.

 

Dünyatv.az bildirir ki, Zaqatala rayonu Yuxarı Çardaqlar kənd sakinlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, hadisə iyulun 17-i günorta saatlarında kəndin yuxarı hissəsində, dağlıq ərazidə baş verib.

 

Yuxarı Çardaqlar kənd sakinləri olan  2010-cu il təvəllüdlü Mələk Məmməd qızı Yəhyəyeva və 2011-ci il təvəllüdlü Rəcəb Məhəmməd oğlu Qurbanov ehtiyatsızlıqdan 6-7 metr dərinliyindəki dərəyə yıxılıblar. Uşaqlar kənd sakinlərinin köməkliyi ilə dərədən çıxarılıblar. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 6 yaşlı Mələk  Yəhyəyeva və 5 yaşlı  Rəcəb  Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcilli Tibbi Yardım şöbəsinin ambulator maşını ilə xəstəxanaya aparılarkən Rəcəb Qurbanov aldığı ağır bədən xəsarətlərindən yolda ölüb.

 

Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Mələk Yəhyəyevaya ağır kəllə beyn travması dioqnozu qoyulub, vəziyyəti ağır kimi qiymətləndirilir.  Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır. 

  • Müəllif: Elnur
  • Tarix 18-07-2016, 05:34
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 329
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Arxiv
Sayğac