dunyatv.az
CANLI YAYIN

Şəmkirdə toyda kütləvi dava olub, 3 nəfər bıçaqlanıb 18 07 2016

18-07-2016, 05:38

Şəmkirdə toyda kütləvi dava olub, 3 nəfər bıçaqlanıb 18 07 2016

 

Şəmkirdə toyda kütləvi dava  olub.

 

Dünyatv.az  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.

 

Kənd sakini, 1988-ci il təvəllüdlü Pərvin Kərimov toyda dava zamanı həmkəndliləri - 1976-cı il təvəllüdlü Nicat Cəfərov, onun qardaşı 1984-cü il təvəllüdlü Seymur Cəfərov və digər kənd sakini, 1983-cü il təvəllüdlü Mahmud Mahmudovu bıçaqlayıb.

 

Yaralılar dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Cinayəti törədən Pərvin Kərimov polislər tərəfindən saxlanılıb. Onun sərxəş vəziyyətdə cinayəti törətdiyi bildirilir.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.


Oxunub: 786

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.